Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda turizm obyektlərinin layihələndirilməsi ilə bağlı yeni tələblər qoyulub

Azərbaycanda turizm obyektlərinin layihələndirilməsi ilə bağlı yeni tələblər qoyulub

Tarix: 30 Dekabr 2019 09:44

Azərbaycanda 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ilə bağlı yeni tələblər qoyulub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar "Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi"nə əlavələr edib.

Bu əlavəyə əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bu Əsasnamənin 5.6-cı bəndində nəzərdə tutulan (300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlər) mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir.


Etiketlər:  Azərbaycanda turizm obyektlərinin layihələndirilməsi ilə bağlı yeni tələblər qoyulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ