Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo ilin ən yaxşı oyunçusu seçildi - Ardıcıl 4-cü dəfə

Ronaldo ilin ən yaxşı oyunçusu seçildi - Ardıcıl 4-cü dəfə

Tarix: 30 Dekabr 2019 09:54

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Qol.az xəbər verir ki, Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo 2019-ci ilin ən yaxşı oyunçusu seçilib. O, mükafat uğrunda mübarizədə Lionel Messi ("Barselona"), Vircil van Deyk, Məhəmməd Salahı (hər ikisi "Liverpul") qabaqlayıb. Bununla da o, Globe Soccer Awards versiyasına görə,  ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə  ilin ən yaxşı oyunçusu olub.

İlin ən yaxşı məşqçisi isə Yürgen Klopp (“Liverpul”) seçilib. Almaniyalı mütəxəssis Fernandu Santuş (Portuqaliya) və Erik Ten Haqdan (“Ayaks”) üstün olub.

Qeyd edək ki, ilin kəşfi nominasiyasında Joao Feliks (“Atletiko”), 2019-cu ilin  klubu nominasiyasında isə "Liverpul" 1-ci olub.

 


Etiketlər:  Ronaldo ilin yaxşı oyunçusu seçildi Ardıcıl dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ