Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Tarix: 30 Dekabr 2019 13:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni ilin ilk günlərində ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz olacaq.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dekabrın 30-dan 31-ə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir: "Yeni İlin ilk günü ölkədə kifayət qədər mülayim, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval-ruhiyyə yaradacaq. Qeyd edim ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq".

U.Tağıyeva əlavə edib ki, ilkin proqnozlara görə, yanvarın 3-dən 5-dək ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə enəcək, hava yağmurlu olacaq. Dağlıq ərazilərə isə qar yağacağı gözlənilir. Yanvarın 6-dan ölkə ərazisində hava şəraitinin yenidən mülayimləşəcəyi və yağmursuz keçəcəyi gözlənilir.

Departament direktoru qeyd edib ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə, 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir".

U.Tağıyeva bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır: "Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Bayram günlərində hava necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ