Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlər Kabineti beynəlxalq yükdaşımalarla bağlı qərarın izahını verib

Nazirlər Kabineti beynəlxalq yükdaşımalarla bağlı qərarın izahını verib

Tarix: 30 Dekabr 2019 16:14

Nazirlər Kabineti beynəlxalq yükdaşımalarla bağlı 513 nömrəli qərarın izahını təqdim edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, sözügedən qərar beynəlxalq yükdaşımaları haqqında Azərbaycan qanunvericiliyini beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədi daşıyır.

Dəyişikliklərə əsasən:

1) Beynəlxalq sərnişin və yükdaşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsini yüksəltmək üçün hazırlıq və yenidən hazırlıq kursları keçməlidir. Hazırlıq kurslarının proqramını Nazirlər Kabineti təsdiq edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) isə hazırlıq kurslarını təşkil edir və kursu bitirmiş sürücülərə müvafiq sənədlər verir. Hazırlıq kurslarında sürücülərə, həmçinin insan alveri təhlükəsi və digər məsələlərlə bağlı situasiyalarda davranış qaydaları haqda bilik və vərdişlər öyrədlilir;

2) Milli operator və sürücülərə sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görmək, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamaq və belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etmək səlahiyyətləri verilir;

3) Beynəlxalq yükdaşımalarını həyata keçirən milli operatorların qarşısında belə bir tələb qoyur ki, onların istifadə etdikləri nəqliyyat vasitələri beynəlxlaq standartala uyğun olmalıdır. Bu standartlar isə yalnız Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan avtomobillərin istifadəsini tələb edir;

4) Yuxarıda sadalanan standratlara cavab verən milli operatorlara beynəlxlaq və tranzit sdaşımalarda iştirak üçün çoxtərəfli icazələr verilir. İcazələr NRYTN tərəfindən verilir və ərazisindən keçilən ölkələr tərəfindən də tanınır;

5) Beynəlxalq yük və sərnişindaşımalarını həyata keçirən milli operator həm fiziki, həm də hüquqi şəxs ola bilər;

6) Dəyişikliklər milli operatorların beynəlxalq miqyasda müəyyənləşdirilmiş həcmdə "maliyyə vəziyyəti"nə, yüksək "işguzar nüfuzu"a və "peşəkar səriştə"yə malik olmasını tələb edir.

"İşgüzar nüfuz" dedikdə, opertorun rəhbərlərinin və məsul şəxslərinin ağır cinayətlərə görə məhkumluğunun olmaması, habelə həmin şəxslərin sürücülərin iş və istirahət rejimi, nəzarət avadanlıqlarının quraşdırılması, nəqliyyat vasitələrinin istismara yararlılığı və təhlükəli yüklərin daşınması sahələrində ciddi qanun pozuntularına yol verməmələri nəzərdə tutulur.


Etiketlər:  Nazirlər Kabineti beynəlxalq yükdaşımalarla bağlı qərarın izahını verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ