Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmaza güclü dolu düşdü - Dəymiş ziyan araşdırılır (VİDEO)

Xaçmaza güclü dolu düşdü - Dəymiş ziyan araşdırılır (VİDEO)

Tarix: 13 May 2019 16:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xaçmaza güclü dolu düşüb.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini-şöbə müdiri Bəxtiyar Osmanov məlumat verib.

B.Osmanov bildirib ki, yağıntı rayon mərkəzində və ətraf kəndlərdə müşahidə olunub.

Dolu 15 dəqiqə davam edib: "RİH nümayəndələri iş başındadırlar və dəymiş zərərin həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib, avtomobillərə, evlərə və o cümlədən obyektlər də ziyan görüb".

Şöbə müdiri əlavə edib ki, bu gün saat 14:05-də başlayan dolu daha sonra güclü yağışa çevrilib.


Etiketlər:  Xaçmaza güclü dolu düşdü Dəymiş ziyan araşdırılır VİDEO


RƏYLƏR