Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 22:58
Almaniyanın "Germanwings" aviakompaniyası bələdçilərin tətili səbəbindən təxminən 170 reysi ləğv edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ufo həmkarlar ittifaqlarının məlumatına görə, tətillər yanvarın 2-nə qədər davam edəcək.
"Lufthansa" kompaniyasının törəməsi olan "Germanwings" ilə Ufo arasında münaqişə artıq bir neçə ildir ki, davam edir. Həmkarlar ittifaqı bələdçilərin maaşlarının artırılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını istəyir.