Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 11:48
Bu günlərdə saatda 403 km sürətə malik olan McLaren Speedtail hiperkarının testlərinin keçirildiyi məlum olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, rekord gediş Florida şəhərində yerləşən Conni Bom poliqonunun uçuş-enmə zolağında, Kennedi kosmik mərkəzində həyata keçirilib. Hiperkarın sükanı arxasında vəzifəsini uğurla yerinə yetirə bilən Kenny Brak olub. Avtomobilin kapotunun altında 1055 at gücündə olan 4 litr həcmli qazoelektrik aqreqat yerləşir.
Bundan əlavə, yenilik 13 saniyə ərzində saatda 300 km sürət yığa bilər. Avtomobilin tədarükü 2020-ci ilin fevralında həyata keçiriləcək. McLaren Speedtail hiperkarın dəyəri təxminən 2,2 milyon dollar olacaq.