Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 11:56
Elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın səhmləri dünən ilk dəfə 420 dolları keçib.
Sonxeber.net marja.az-a istinadən bildirir ki, Tesla-nın Çin banklarından maliyyə cəlb ediləcəyi xəbəri şirkətin səhmlərinin dünən rekord qırmasına səbəb olub. "Marja" xəbər verir ki, səhmlər 4% ətrafında bahalaşaraq 422.01 dollar olub.
Şirkətin Şanxaydakı zavodunda istehsal etdiyi Model 3 elektrikli avtomobillər üçün Çin banklarından 10 milyard yuan (1.4 milyard dollar) kredit alacağı bildirilir. Mövzuya dair açıqlamanın bu həftə veriləcəyi gözlənilir.