Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hyundai uçan avtomobillərini gələcək il təqdim edəcək

Hyundai uçan avtomobillərini gələcək il təqdim edəcək

Tarix: 31 Dekabr 2019 13:32

Cənubi Koreyamım avtomobil şirkəti Hyundai, İstehlakçı Elektronikası Sərgisində (CES 2020) fərdi hava maşınlarının tanıdacaq.

Hyundai şirkətinin son zamanlarda elektrikli maşınlara olan sərmayəsi və təşviqi, gələcək baxışlarını açıqlayır. Bununla yanaşı Cənubi Koreya nəhəngi tərəfindən, xarici sərmayəçiləri təəccübləndirməyən bir layihə açıqlandı, lakin bu layihə təəccübləndirici bir zamanda gəldi.

Hyundai şirkəti yalnız avtomobil satan bir şirkət olmaq istəmir. Ümumiyyətlə uçan avtomobillər olaraq adlandırılan bir seqmentə və gələcəkdəki nəqliyyat üsullarına milyardlarla dollar sərmayə qoymağa başladı.

Cənubi Koreyanın avtomobil istehsalçısı "Fərdi Hava Vasitəsi"nin (Personal Air Vehicle - PAV) hazır olduğunu ifadə etdi. Anlayışın istifadə ediləcəyi sahələr isə, əhali və nəqliyyat baxımından çətinlik çəkən bəzi böyük şəhərlər olacaq. Hava hərəkətliliyinin asan, quru nəqliyyatını azaltmağa istiqamətli layihə üçün ağıllarda sual işarəsi buraxmayacaq kimi görünür. Bununla yanaşı Hyundai şirkətinin tanıtdığı yenilik sadəcə uçan avtomobil olmadı. İstifadə Məqsədli Vasitə (Purpose Built Vehicle - PBV), müstəqil bir gediş dinamikinə sahib və eyni zamanda istifadəçisini düşünən, istədiyi imkanları təqdim edən bir nəqliyyat vasitəsinə qarşılıq gəlir.


Etiketlər:  Hyundai uçan avtomobillərini gələcək təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ