Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslanan telefon necə qurudulur?

İslanan telefon necə qurudulur?

Tarix: 31 Dekabr 2019 13:48

Yolda gəzdiyiniz zaman yağış başlayır, yaş olmasın deyə cibinizə qoymağa çalışdığınız telefon əlinizdən sürüşüb gölməçəyə düşür...

Bu yaş telefon üçün yeganə ssenari deyil. Əl-üz və yaxud qab yuyarkən çanağa düşə, həmçinin bir bardaq su telefonun üzərinə dağıla bilər. Satışda su keçirməyən telefonlar geniş yayılsa da, bu, problemin həlli demək deyil.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bəhs edəcəyimiz təlimatları cəld şəkildə həyata keçirsəniz, telefon qəzası fəsadsız ötüşəcək.

Telefonunuz islanıbsa etməli olduqlarınızdan vacib etməli olmadıqlarınızdır.

Telefonu islanmış halda heç vaxt yandırmayın.

Enerji doldurmağa və ya başqa bir cihaza qoşmağa çalışmayın.

Orta və səs kimi heç bir düyməni əsla sıxmayın.

Yaş telefonu silkələməyin, çox toxunmayın.

Bunu ilk refleks kimi etmək istəyəcəksiniz, amma qətiyyən telefonun üzərinə üfləməyin. Bu, su toxunmamış hissələrin də islanmasına səbəb ola bilər.

Hava feni kimi cihazlarla müdaxilə etməyin. İstilik və hava telefona daha çox zərər verə bilər.

Yanlış məqamlardan uzaq durdunuzsa, növbəti mərhələdə cəld hərəkət edərək müdaxilə etməlisiniz.

Telefonunuz işlək vəziyyətdə suya düşübsə, dərhal söndürün. Amma unutmayın ki, çox tez söndürməlisiniz. Vaxt keçibsə müdaxilə etməyin.

Zərər dəyməsin deyə SİM kartı və micro SD kartınızı telefondan çıxarın.

Batareyası çıxa bilən telefondursa, batareyanı çıxarın.


Etiketlər:  İslanan telefon necə qurudulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ