Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin ən pis məhsul və texnologiyaları hansılardır?

Bu ilin ən pis məhsul və texnologiyaları hansılardır?

Tarix: 31 Dekabr 2019 23:40

Engadget saytı bu ilin ən pis texnologiya və məhsullarının siyahısını tərtib edib. Həmin siyahıya istifadəçilərin gözləntilərini qarşılamayan böyük pöotensiala sahib cihazlar daxil olublar.

Samsung Galaxy Fold:

    Samsung şirkəti smartfon bazarında qatlana bilən smartfon modelini satışa çıxartmış ilk şirkət oldu. Lakin sözügedən smartfon tez bir zamanda müxtəlif problemlər ilə qarşılaşdı. Belə ki, hələ test mərhələsində müxtəlif jurnalistlər və videobloqqerlər aşkar etdilər ki, Galaxy Fold-un ekranı sürətli şəkildə sıradan çıxa bilir. Nəticədə Samsung şirkəti smartfonun satışlarını təxirə saldı, onun ekranının dözümlülüyünü artırdı və Galaxy Fold-u payız fəlsində satışa çıxartdı.

    Lakin mühəndislərin bütün səylərinə baxmayaraq 2000$ qiymətə sahib smartfon yenə də kövrək olaraq qalıb. Engadget saytının jurnalistləri qeyd ediblər ki, onlar yenilənmiş Galaxy Fold modelini test edən zaman aşkar ediblər ki, smartfonun ekranında zədələnmiş piksellər əmələ gəlir. Bu cür hal isə son 2 ildə heç bir smartfon ilə baş vermirdi.

Microsoft Surface Pro X:

    Microsoft şirkətinin 2012-ci ildə təqdim etdiyi və planşetlər üçün nəzərdə tutulmuş Windows RT əməliyyat sistemi çox adamın xoşuna gəlmirdi. Buna görə də Surface Pro X planşetinə Windows 10 əməliyyat sistemi quraşdırıldı. Lakin buna baxmayaraq tamamilə yeni bir problem yarandı. Belə ki, Windows tətbiqlərinin ARM prosessorlar ilə uyğunlaşması çox pis alındı. Burda həmçinin Microsoft və Qualcomm-un Surface Pro X üçün xüsusi olaraq hazırladıqları yüksək funksionallı çip də yardımçı ola bilmədi. Test zamanı Engadget jurnalisti həmçinin sözügedən planşetdə məşhur "göy ölüm ekranı" ilə də qarşılaşdı.

Huawei Mate 30 Pro:

    Engadget saytı Huawei Mate 30 Pro-nu Google servislərindən məhrum olan yaxşı Android smartfon adlandırıb. Google şirkəti öz servislərini ona görə smartfona quraşdırmıyıb ki, ABŞ ilə Çin arasında olan ticarət müharibəsi səbəbilə ABŞ hökuməti öz yerli şirkətlərinə Huawei İlə əməkdaşlığa qadağa qoyub. Mate 30 Pro modeli 5G dəstəyinə, 4 güclü kameraya və 4500 mAh enerji tutumlu batareya həcminə sahibdir. Lakin smartfon istifadəçilərə çox lazım olan Google servislərinə sahib deyil.


Etiketlər:  ilin məhsul texnologiyaları hansılardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ