Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 00:02
Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Uğurlu gündür. Müsbət tendensiyaların təsiri güclüdür və həyatın bütün sahələrində hiss olunacaq. Hətta ən təmkinli və qapalı insanlar da şəffaflığa meylli olacaqlar. Bu baxımdan, istənilən formada ünsiyyət, birgə əyləncə və istirahət üçün əlverişli gündür. Həyat potensialı artacaq. Musiqi və rəssamlıqla məşğul olmaq ruhi tarazlığa nail olmağa yardım edə bilər.
Buğa - Həyat potensialı yüksək səviyyədədir. Enerjiniz çox olsa da, onu layiqincə sərf edəcəyiniz yeri tapmaq asan deyil. Gün aktiv istirahət, təmiz havada idmanla məşğul olmaq, səs-küylü əyləncələr üçün münasibdir. Qeyri-formal şəraitdə ünsiyyət üçün pis gün deyil. Yeni tanışlarla yola getmək asandır, nəinki yaxınlarınızla.
Əkizlər - Bəxtiniz gətirib, gününüz çox yaxşı keçəcək. Yeni vəzifələrin öhdəsindən uğurla gələcəksiniz. Biliyiniz çatmadığı yerdə intuisiyanızı işə salırsınız və bu, işə yarayacaq. Tamamilə yeni işə başlamaq kifayətdir ki, dərhal kömək etməyə, məsləhət verməyə hazır olan insanlar ortaya çıxsınlar. Tanışlıqlar və istənilən xarakterli münasibətlərə başlamaq üçün əla gündür. Əgər həyatınızda dəyişiklik istəyirsinizsə, evdə oturmayın. Sizdə güclü hisslər oyadacaq insanla qarşılaşmaq şansınız var.
Xərçəng - Üç uğursuz günün sonuncusudur. Kardinal dəyişiklər çox uzaqda deyil. Lakin hadisələri tələsdirməyin, səbrlə gözləyin. Bugünkü başlanğıclar problemlə müşayiət olunacaq. Ona görə də həqiqətən vacib hesab etdiyiniz işləri təxirə salın.
Həyat enerjisi ehtiyatı böyük deyil, tez yorulacaqsınız. Ona görə də bu günə yorucu işlər təyin etmək, idmanla, fiziki işlə məşğul olmaq məsləhət deyil. Səhər saatlarında əhval-ruhiyyəniz yüksək olmayacaq. Axşama doğru isə özünüzü daha yaxşı hiss etməyə başlayacaqsınız.
Şir - Gün sizə pis sürprizlər gətirəcək. Çətinliklərdən qorxmasanız da, çətin ki, mənfi emosiyalardan yayına biləsiniz. Yaxınlarınızla qarşılıqlı anlaşma çox çətin olacaq. Səbəbinin nə sizə, nə də ətrafdakılara aydın olmadığı qarşıdurmalar mümkündür. Ciddi xərclər (o cümlədən, planlaşdırılmamış) mümkündür. Pulla vidalaşmaq xoş deyil. Lakin sonradan başa düşəcəksiniz ki, onları hədər yerə xərcləməmisiniz. Həyat potensialı aşağıdır. Səhhətinizlə bağlı problem yaranması ehtimalı var. Odur ki, özünüzü qorumalısınız.
Qız - Yaxınlarınızdan pis sürpriz gələcək. Sən demə, sizin uzun müddətdir fikrinizdə tutduğunuz və böyük ümidlər bəslədiyiniz planlar onların ürəyincə deyil. Bəzi Qızlar bu günə nəzərdə tutulan səfərlərdən və digər əyləncələrdən imtina etməli olacaqlar. Maddi itkilər də istisna deyil.
Tərəzi - Fürsət gözləmək və hərəkətsiz dayanmaq lazım gələcək. Bu, sizə əzab versə də, bununla barışmalı olacaqsınız. İşgüzar aktivliyin aşağı olması bu gün sizin üçün vacib işləri həll edilməmiş qoyacaq. Bu, ciddi əsəbilik yaradacaq, əhvalınız korlanacaq.