Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 00:16
Bu gündən Azərbaycanda pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşları artır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər - təxminən 13-14 faizə yaxın artırılacaq. Artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir.
Belə ki, orta aylıq pensiya 250 manat təşkil edirsə, il ərzində bu rəqəm 300 manata çatacaq.
Qeyd edək ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək.
Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.