Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 10:32
Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda fikirlərini ölkənin Prezidenti Emomali Rəhmon parlamentə illik müraciətində səsləndirib.
Dövlət başçısı deyib ki, ölkədə kitab oxuyanların faizi, həmçinin kitab satışı xeyli aşağı düşüb və bu, narahatlıq doğurur.
Emomali Rəhmon əlaqəli təşkilatlara əhalinin mənəviyyatının yüksəldilməsi üçün bədii ədəbiyyatın çapını artırmağı, kitabxanaların yenidən qurulmasını və yeni çap edilən bədii ədəbiyyatla təmin olunmasını tapşırıb. Prezident deyib ki, bu məsələ çox ciddi şəkildə nəzarətə götürüləcək.