Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda hava küləkli olacaq, dağlıq rayonlara qar yağacaq

Bakıda hava küləkli olacaq, dağlıq rayonlara qar yağacaq

Tarix: 1 Yanvar 2020 14:20

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-12° isti, Bakıda  gecə 4-6° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm  civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   


Etiketlər:  Bakıda hava küləkli olacaq dağlıq rayonlara qar yağacaq


RƏYLƏR