Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziyada sel və daşqınlar 9 nəfərin ölümünə səbəb olub

İndoneziyada sel və daşqınlar 9 nəfərin ölümünə səbəb olub

Tarix: 1 Yanvar 2020 18:22

İndoneziyanın paytaxtı Cakarta və ətraf rayonlarda daşqın və sel 9 nəfərin ölümünə səbəb olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, leysan yağışlar nəticəsində bir çox rayonlarda çaylar məcrasından çıxıb.

PLN Dövlət Enerji Təchizatı Şirkəti subasmalarla əlaqədar paytaxtda bəzi məhəllələrdə elektrik enerjisi təchizatını dayandırıb. Sel və daşqınlar səbəbindən ictimai nəqliyyatın işində problem yaranıb, bəzi dəmir yolları bağlanıb.


Etiketlər:  İndoneziyada daşqınlar nəfərin ölümünə səbəb olub


RƏYLƏR