Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 19:52
Latviyada əcnəbi vətəndaşların dünyaya gələn övladlarına avtomatik ölkə vətəndaşlığının verilməsi barədə qanun yanvarın 1-dən qüvvəyə minib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Latviyanın hüquqi aktlar portalı məlumat yayıb.
Latviya Prezidenti Eqils Levits noyabrın 5-də Seymdə qəbul edilmiş qanunu imzalayıb. 1 yanvar 2020-ci ildən qüvvəyə minmiş qanuna əsasən, əgər valideynlər digər ölkəni seçməsələr, körpəyə avtomatik Latviya vətəndaşlığı veriləcək. Bundan əvvəl qüvvədə olmuş qanuna əsasən, əgər xarici ölkə vətəndaşı olan valideynlərdən biri istəyərdisə, körpəyə Latviya vətəndaşlığı verilə bilərdi.