Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karotinoidlərlə zəngin məhsullar xərçəngdən qoruyur

Karotinoidlərlə zəngin məhsullar xərçəngdən qoruyur

Tarix: 1 Yanvar 2020 20:33

Karotinoidlərlə zəngin məhsullarla qidalanmaq döş xərçəngi xəstəliyinin yaranma riskini yetəri qədər aşağı salır. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "MedikForum.ru" portalı yazıb.

Bundan əlavə, mütəxəssilər hesab edir ki, karotinoidlər orqanizmi həm də dəri və ağciyər xərçəngindən qoruya bilər.

Karotinoidlər əsasən qırmızı, narıncı və sarı rəngli məhsulların tərkibində olur, baxmayaraq ki, bəzi yaşıl yarpaqlı tərəvəzlər də onların yaxşı mənbəyidir.  

Kök, şirin kartof, balqabaq, pomidor, tomat pastası və ya pomidor şirəsi, qreypfrut, şaftalı, göyəm, quru ərik, Avropa firəngüzümü və qaragilə beta-karotin və ya likopin kimi karotinoidlərlə zəngin məhsullardır.

Narıncı bibər, şirin qarğıdalı, qara üzüm, xurma, brokkoli və ispanaq və avokado isə ksantofil karotinoidlərlə zəngin məhsullar sırasında daxildir. 


Etiketlər:  Karotinoidlərlə zəngin məhsullar xərçəngdən qoruyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ