Tarix: 1 Yanvar 2020 22:20
Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.
Qol.az "Hürriyet"ə istinadən xəbər verir ki, dizindən əməliyyat olunmaq üçün İtaliyaya gedən 22 yaşlı yarımmüdafiəçinin Fransadakı evi qarət olunub, maşını isə oğurlanıb. Fransa polisi hadisəylə bağlı araşdırma aparır.
Qeyd edək ki, bir müddət əvvəl diz bağları qopan futbolçunun mövsmün sonuna qədər oynaya bilməyəci açıqlanmışdı.