Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 12:12
"İctimai yerlərdə öz qız övladlarını öpənlərdən polisə şikayət etmək lazımdır".
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki ,bunu türk din adamı, yazıçı Cavad Akşit deyib.
Verdiyi qəribə fətvaları ilə gündəmdə olan Akşit gəncləri də hədəf alıb:
"Bir də görürsən oğlan qızı qucağına alıb, qızla öpüşür, sığallayır, bilmirəm nə edir... Bu qəbahətdir. Qəbahət də gizli olmalıdır, ibadət də. Hər kəsin önündə olmaz. Bizim adı Əli, Həsən, Hüseyn olan gənclərimiz də hər kəsin içində arvadını, qızını öpür, sığallayır. Belə olmaz".
O, belə adamlardan polisə şikayət etməyin vacib olduğunu bildirib: "Heç nə edə bilmirsinizsə, polisə şikayət edin, polislər nə edəcəklərini bilirlər".