Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah yağışlı-küləkli hava olacaq

Sabah yağışlı-küləkli hava olacaq

Tarix: 2 Yanvar 2020 13:00

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Sabah yağışlı küləkli hava olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ