Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeniyetmələrin böyük bir hissəsi smartfon asılılığından əziyyət çəkir

Yeniyetmələrin böyük bir hissəsi smartfon asılılığından əziyyət çəkir

Tarix: 2 Yanvar 2020 19:06

Londondakı "Kinqz kollec" Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Onlar xəbərdarlıq edirlər ki, belə asılılıq psixi sağlamlığa ciddi ziyan vurur.

Müasir gənclərin dörddəbir hissəsi smartfonlardan asılılıq nümayiş etdirir. Belə ki, smartfon olmayanda onlarda psixoloji pozulma əlamətləri müşahidə olunur. Cavanlar əsəbi və həyəcanlı olurlar, ekran qarşısında keçirdikləri vaxta müstəqil nəzarət edə bilmirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Londondakı "Kinqz kollec" Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Onlar xəbərdarlıq edirlər ki, belə asılılıq psixi sağlamlığa ciddi ziyan vurur.

Yeniyetmələrin smartfondan nəzarətsiz istifadə etmələri onlarda qorxu və depressiya əlamətləri yaradır, yuxusuzluğa və müvəffəqiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.


Etiketlər:  Yeniyetmələrin böyük hissəsi smartfon asılılığından əziyyət çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ