Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 19:40
Xiaomi şirkəti yaxşı manikür, gözəl dırnaq mütəxəssisləri və sadə biliciləri tərəfindən qiymətləndiriləcək yeni bir qadcet təqdim edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Xiaomi-nin elektrik dırnaq cilalayıcısı adına uyğun olaraq düşündüyünüz kimi yalnız cilalama üçün istifadə olunmur. Cihaz kəsmə, cilalama və ümumi dırnaq baxımına imkan yaradır.
Bu zaman yenilik dırnaqlara zərər verməmək üçün unikal amortizasiya edən konstruksiyadan istifadə edir. Cilalama başlığı ekoloji cəhətdən təmiz materialdan xüsusi səthə malikdir. Bu vəziyyətdə dırnaq üzərində təsir çox yumşaq olur.
Xiaomi elektrik dırnaq cilalayıcısı müxtəlif məqamlar üçün iki başlıq dəstini təklif edir. Bunlardan biri ümumi dırnaqlara qulluq, digəri isə manikür üçün tam dəsti təqdim edir. Daha qalın və daha incə dırnaqlar üçün, həmçinin onlara müxtəlif formalar vermək üçün alətlər nəzərdə tutulub.
Qacet iki əməliyyat sürətinə malikdir. İlk rejimdən səliqəli cilalama lazım olduğu halda, sürətli rejimdən dırnaqları kəsmək üçün istifadə olunur. Son istifadədən 15 dəqiqə sonra avtomatik söndürmə funksiyası var.