Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 19:52
"Yuventus" qış fasiləsində ilk transferini edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Deyan Kulusevskini tibbi müayinədən keçirib. Klubun bazasına gedən isveçli futbolçu azarkeşlərlə şəkil çəkdirib.
İtaliya mətbuatı "Yuventus"un 19 yaşlı futbolçu üçün "Atalanta"ya 35 milyon avro təzminat ödəyəcəyini yazıb.
Qeyd edək ki, Kulusevski icarə əsasında "Parma"da çıxış edir. O, mövsümün ilk yarısında 17 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.