Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 19:52
YouTube platforması müəllif hüquqları sahiblərinin iddialarına qarşılıq verərək "YouTube Studio" alətlər panelini yeniləyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hazırda video müəllifləri paylaşımı silmədən mübahisəli videonun bir hissəsini kəsə bilərlər.
Daha əvvəl olduğu kimi, şikayət musiqi ilə bağlıdırsa, istifadəçi onu əvəz edə və ya videodakı səsləri azalda bilər. Hazırda Video nişanında məhdudiyyətlər sütunu var, orada müəlliflər hansı videoların və fraqmentlərin müəllif hüquqlarını pozduğunu və ya təhqiramiz olduğunu görə bilərlər. Müəllif hüquqları sahiblərindən hansının şikayət etdiyini də görmək mümkündür.
Mütəxəssislər yeniliyin əsas problemi həll etməyəcəyini qeyd edirlər. Avtomatlaşdırılmış "Content ID" sistemi, əvvəlki kimi, səhvən video monetizasiyasını silə və ya söndürə bilər. Səhv iddialarla bağlı mübahisələr həll olunmayıb və əksər hallarda son sözü müəllif hüquqlarının sahibi deyir.