Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Windows” sistemində drayverlər avtomatik quraşdırılacaq

“Windows” sistemində drayverlər avtomatik quraşdırılacaq

Tarix: 2 Yanvar 2020 21:16

"Windows" əməliyyat sistemində drayverlərin quraşdırılması üçün asanlaşdırılmış sistem istifadəyə veriləcək. Bu haqda "Ghacks" portalı yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər bu yaxınlarda çıxarılmış "Windows 10 Build 19536" quraşdırılmasına diqqət yetiriblər. Məlum olub ki, "Windows" sistemində yaxın gələcəkdə drayverlərin quraşdırılması üçün vahid interfeys əlçatan olacaq. Məlumata görə, yeni alət sistemi yeni qurğular baxımından skan edəcək və avtomatik lazımi proqram təminatını təklif edəcək.

"Ghacks" nəşrinin məqaləsində deyilir ki, hazırda fərdi kompüter sahibləri və sistem administratorları lazımi drayverləri özləri axtarmağa və quraşdırmağa, yaxud kənar proqramlardan istifadəyə məcburdurlar. Məsələn, istifadəçilər proqram təminatını quraşdırmaq, silmək üçün qurğular menecerindən istifadə edirlər.


Etiketlər:  Windows sistemində drayverlər avtomatik quraşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ