Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon iranlı generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb (YENİLƏNİB)

Pentaqon iranlı generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb (YENİLƏNİB)

Tarix: 3 Yanvar 2020 07:20

Bakı. Trend:

Pentaqon İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Pentaqondan bildiriblər ki, İraqın paytaxtı Bağdadda iranlı generalın öldürülməsi ilə əlaqədar əməliyyat ölkə prezidentinin sərəncamı ilə həyata keçirilib.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub. Əlavə edilir ki, ABŞ bölgədəki maraqlarını qorumağa davam edəcək.

XXX

06:17

ABŞ Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbələr endirdiyini təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyinə amerikalı rəsmilər bildirib.

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

"Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Pentaqon iranlı generalın öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ