Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 07:40
Pentaqon Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ölümünü təsdiq etmək üçün DNT testinin cavabını gözləyir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Newsweek" jurnalına Pentaqondan mənbə bildirib.
Xatırladaq ki, İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub.3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.
"Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.