Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 12:02
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası fövqəladə iclas keçirərək general Qasım Süleymaninin Bağdadda öldürülməsini araşdırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni parlamentin informasiya portalına açıqlamasında deyib.
H.N.Hüseyninin sözlərinə görə, iclas İranın hərbi və təhlükəsizlik qurumlarından nümayəndələrin iştirakı ilə keçirilib. İclasda ABŞ ordusu əleyhinə parlamentin qərarlarının icra edilməsi üzrə komissiyanın ciddi tələbi irəli sürülüb və araşdırılıb.
Hüseyni əlavə edib ki, iclasda ABŞ-ın İran əleyhinə bütün planlarının zərərsizləşdirildiyi və İran İslam Respublikasını devirmək, iğtişaş törətmək kimi planlarının nəticə vermədiyi qeyd olunub.
Parlament rəsmisinin sözlərinə görə, iclasda bu hadisə ilə əlaqədar reaksiyanın verilməsi haqda təkliflər araşdırılıb.