Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqda kəskinləşən SİSTİT - Səbəbi, müalicəsi

Soyuqda kəskinləşən SİSTİT - Səbəbi, müalicəsi

Tarix: 4 Yanvar 2020 22:27

Sistit- sidik kisəsi selikli qişasının iltihabıdır. Daha çox " qadın xəstəliyi" kimi tanınır. Statistikaya görə, yer üzünün bütün qadınlarının 50%- heç olmasa ömründə bir dəfə sistitə tutulur. Hər 10 nəfərdən biri isə, soyuq qış aylarında təkrar-təkrar xəstəliyi keçirir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, sistitin Simptomları: tez-tez tualetə getmək, az sidik, sidiyin sonunda kəskin ağrı, sidiyin rənginin tündləşməsi, bulanıq olması.

Bundan əlavə xəstənin halında heç bir narahatlıq olmur, temperatur qalxmır.

Sistit bakterial infeksiyadır, qadınların kiçik olan uretrasından asanlıqla sidik kanalına düşür. Mənbə vagina və ya anal dəlikdir. Bəzi hallarda bakteriya iltihablı böyrəkdən böyrək yolları ilə sidik kisəsinə düşür.

İmmuniteti yüksək olan insanlarda sidik kanalına iltihab düşsə də orqanizmin müdafiə mexanizmi işə düşüb, onu zərərsizləşdirə bilər. Müdaiəf antitelləri yad infeksiyanı məhv edə bilər.

Xəstəlik o halda kəskinləşir ki, təbii müdafiə sistemi işləmir.

Kİmlərdə sistit daha çox rast gəlinir:

-5-8 yaşlı qızlarda - onlarda vaginal mikroflora dəyişən dövr olduğundan və bəzən uşaqlar gigiyenaya tam əməl etmədiyindən baş verir

-Müntəzəm və çox cinsi əlaqədə olanlarda

-Hamiləlik zamanı, uşaqlıq böyüdükcə sidik kisəsinə basır

-Menopauza döcründə - orqanizmdə estrogenlərin səviyyəsi düşür

-Həddən artıq soyuğa məruz qaldıqda, qar üzərində oturduqda, qışda nazik alt geyimi və corab geyindikdə

Diqqət: baxmayaraq ki, qadınlar daha çox sistit olur, bəzən kişilər də sistitə yoluxa bilər. Daha çox yaşlı kişilərdə sidiyin sidik kisəsinə axını pozulduqda bakteriyalar çoxalır.


Etiketlər:  Soyuqda kəskinləşən SİSTİT Səbəbi müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ