Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Tarix: 5 Yanvar 2020 15:52

Bakı. Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:

"Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Azərbaycanda nəfərin deputatlığa namizədliyi qeydə alınıb


RƏYLƏR