Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 13:51
Bakı. Trend:
"AFB Bank"da 3 yeni filial müdiri təyin olunub.
Trend-in məlumatına görə, Azərbaycanın aparıcı banklarından biri olan “AFB Bank” ASC-nin Nərimanov filialının rəhbəri vəzifəsinə Taleh Feyzulla, Təvəkkül Paşşanov və Vaqif Babayev isə müvafiq olaraq Sumqayıt və Mərdəkan filiallarının rəhbəri vəzifəsinə təyin edilib.
28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış ”AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb. Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli və ölçülü fəaliyyətə üstünlük verir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin