Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 23:00
Marşal Xəlifə Haftarın Liviya Milli Ordusu Sirt şəhərini nəzarət altına alıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə ordunun spikeri Əhməd əl-Mismari bildirib.
Şəhər Aralıq dənizi sahilində yerləşir və ölkənin ən böyük şəhərlərindən biridir.
Bundan əlavə, Liviyanın keçmiş lideri Muammar Qəddafi burada anadan olub.
Qeyd edək ki, ordunun Sirt şəhərinə daxil olduğu barədə məlumat verilmişdi. Əməliyyatın birinci mərhələsi çərçivəsində dəniz limanı və iki hərbi baza üzərində nəzarət qurulub.