Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 08:44
2019-cu il texnoloji yeniliklər üçün qapı açsa da olduqca maraqlı və bəzən də ölümcül hadisələrə şahidlik edib.
Texnoloji fəlakətlərin siyahısı homoseksual radardan tutmuş Boeing təyyarəsinə qədər uzanır.
Sonxeber.net ted.az-a istinadən ötən ilin bütün texnoloji yeniliklərini sizin üçün paylaşdıq. İndi isə bu ilin texnoloji fəlakətlərinə baxmağın zamanıdır. Siyahıya 2019-cu ilin ən ölümcül, kələkbaz və qəribə texnoloji fəlakətləri daxildir.
1. Boeing şirkətinin avtopilot problemi
Yeni təqdim olunan 737 Max Boeing təyyarəsi uçuşdan dərhal sonra yerə çırpılmışdı. Qəzadan qısa müddət sonra isə hadisə yenidən yaşanıb.
Boeing şirkətinin CEO vəzifəsini icra edən şəxs işdən azad edildi. Təyyarədə olanların hamısı öldü. Orada olan avtopilot sistemi hər iki qəzada idarəetməni itirdiyinə görə qəza baş vermişdi.
2. Saxta ərzaq kompüteri
MIT Media Lab "gələcəyin fabriki" olaraq adlandırılır. Ancaq "qida kompüteri"nin gələcəkdə mövcud olub-olmaması müzakirə olunur. Caleb Harper 2015-ci ildə etdiyi çıxışında elektron və süni intellekt ilə təchiz edilmiş bir qutunu 1,8 milyon izləyiciyə təqdim etdi. Harper bu qutunun milyonlarla fərqli işıq, istilik və nəm ölçə biləcəyini iddia etmişdi. Yaratdığı sistemi isə "kiber kənd təsərrüfatı" adlandırdı.
Ancaq tədqiqatçıların sentyabr ayında etdiyi açıqlamada bitki şəkillərinin saxta olduğu və satın alındığı bildirildi. Fotoşəkillərdə bir çox fəndlər var idi.
3. Qaçaq kosmik sərnişinlər
Bir İzrail şirkəti Aya enmək üçün ilk dəfə kosmik gəmi göndərdi. Ancaq gəmi eniş əvəzinə ayın səthinə çırpıldı. Xoşbəxtlikdən adamlar yox idi. Lakin sonradan kosmik gəminin içinə su ayıları olan kapsul yerləşdirildiyi bilinmişdi. Su ayıları ən ağır şərtlərdə belə yaşaya bilən səkkiz ayaqlı mikroskopik orqanizmlərdir.
4. Samsungun qatlana bilən telefonu
Galaxy Fold smartfonu üçün gələn şərhlər gözlənilən kimi olmadı. Bloomberg şirkətindən Mark Gurman cihazın yalnız bir gün istifadə edildikdən sonra ekranının parçalandığını və tamamilə yararsız hala düşdüyünü bildirdi.
Samsung şirkətinin təqdim etdiyi qatlanan smartfonların əksəriyyəti qırılıb, çatlayıb və ya tozla dolub. Bu, Samsungun satış tarixlərini təxirə salmasına səbəb oldu. Şirkət ekranı gücləndirmək üçün yeni addımlar atacağını söyləyir, ancaq mütəxəssislər yeni versiyanın da dözümsüz olacağını düşünürlər.
5. Apple şirkətinin qərəzli kredit kartı
Apple kredit kartı istifadəçilərindən biri qarşılaşdığı vəziyyətdən dolayı şikayətçi olub. İddiaya görə, müəyyən bir sərvətə sahib olan evli iş adamları eyni sərvəti paylaşdığı həyat yoldaşından 10 qat daha çox kredit almaq hüququna malikdirlər. Cinsiyyətçilikdə günahlandırılan şirkət bunu sistemin alqoritmləri ilə əlaqəli olduğunu iddia etsə də, sistemin necə işlədiyi hələ bilinmir.
6. Hindistanda internetin kəsilməsi
Dekabr ayında Hindistan hökuməti 60 milyon insanın internetə çıxışını kəsmişdi. Bu fasiləyə səbəb ölkənin şimalındakı müsəlmanlara qarşı qanuna etiraz idi. Vətəndaşlar yalnız bir elektron poçtunu yoxlamaq üçün kilometrlərlə yol qət etməli oldular. Təkcə Hindistanda deyil, Pakistan, İran, Sudan və Benin kimi ölkələrdə xalqı sıxışdırmaq üçün internet kəsintiləri baş vermişdi.