Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 13:48
Bakı. Trend:
Astara sakini Sadiq Rzayev odlu silah satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.
Belə ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!