Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

WhatsApp-da silinən mesajlar necə qaytarılır?

WhatsApp-da silinən mesajlar necə qaytarılır?

Tarix: 7 Yanvar 2020 21:40

"WhatsApp" messencerində silinən mesajları asanlıqla geri qaytarmaq olar.

"TEDassistant" rubrikasının budəfəki mövzusu sözügedən messencerdə silinən mesajların bərpasına həsr olunub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunun üçün "Android" və iOS cihazlarında fərqli üsullar istifadə olunur.

"Android" cihazlarında mütəmadi olaraq mesajların ehtiyat nüsxəsi çıxarılır.

Silinmiş dialoqu bərpa etmək üçün ilk növbədə mobil telefondan "WhatsApp" tətbiqini silmək və yenidən yükləmək tələb olunur. Tətbiq daha sonra son nüsxəni taparaq qaytarmaq istəyib-istəmədiyinizi soruşacaq. Bu zaman "Geri yüklə" seçiminə klik etmək lazımdır. Daha sonra "İrəli" seçiminə keçid edilməlidir. Beləcə, silinmiş mesajlar yenidən smartfona qayıdır.

Bu, prosedur iOS cihazlarında bir qədər fərqlidir. Çünki "Android"dən fərqli olaraq, bu əməliyyat sistemi ilə işləyən cihazlarda mesajların ehtiyat nüsxəsi avtomatlaşdırılmış qaydada saxlanılmır. İstifadəçi ehtiyat nüsxə üçün müəyyən bir müddət seçir və bununla mesajların saxlanılması prosesi yerinə yetirilir.

Bundan sonra "Android" cihazlarında olduğu kimi tətbiqi silmək və yenidən quraşdırmaq tələb olunur.

Daha sonra "WhatsApp" mesajların ehtiyat nüsxəsinin saxlanılması üçün icazə istəyəcək. İcazə veriləndən sonra silinmiş mesajlar yenidən yüklənəcək.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  WhatsApp silinən mesajlar necə qaytarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ