Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 03:16
Bakı. Trend:
Pakistanın Kvetta şəhərində partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sərhəd korpusunun əməkdaşlarının avtomobili yaxınlığında duran motosikletdə olan partlayıcı qurğu işə salınıb.
Partlayış nəticəsində sərhəd korpusunun iki əməkdaşı həlak olub, 14 nəfər isə xəsarət alıb.
Qeyd edilir ki, partlayış həmçinin yaxınlıqdakı binalara ziyan vurub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin