Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampdan İraqdakı ABŞ bazasının bombalanmasından sonra ilk açıqlama

Trampdan İraqdakı ABŞ bazasının bombalanmasından sonra ilk açıqlama

Tarix: 8 Yanvar 2020 09:48

Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumundan sonra ilk dəfə açıqlama verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.

ABŞ lideri Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iştirakı ilə müşavirə keçirib.

"Hər şer qaydasındadır. İrandan atılan bombalar İraqda iki hərbçini hədəf aldı. Dəyən zərər hesablanır. İndiyə qədər hər şey yolunda gedir. Biz dünyada ən güclü və donanmalı orduya sahibik", - o bildirib.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Trampdan İraqdakı ABŞ bazasının bombalanmasından sonra açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ