Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran raketlərlə ABŞ obyektlərinə hücum edib - Regionda vəziyyətin eskalasiyası - VİDEO

İran raketlərlə ABŞ obyektlərinə hücum edib - Regionda vəziyyətin eskalasiyası - VİDEO

Tarix: 8 Yanvar 2020 11:00

İran qoşunları İraqda ABŞ obyektlərinə zərbələr endirib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İraqın qərbindəki Eynül-Əsəd bazasına və Ərbildəki bazaya 35 zərbə endirib. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif zərbələri özünümüdafiə tədbiri adlandırıb və vurğulayıb ki, İran "eskalasiya və ya müharibə" niyyətində deyil.

ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Stefani Qrişem bildirib ki, prezident zərbələr barədə məlumatlandırılıb və öz müşavirləri ilə məsləhətləşmələr aparır.

Pentaqonun nümayəndəsi Conatan Hoffman deyib ki, zərbə İran ərazisindən endirilib. SEPAH məsuliyyəti öz üzərinə götürüb.

İranın ali lideri Əli Xamneyi bu gün Qum şəhərində çıxış edəcək. Bu, İraqdakı bazalara endirilmiş zərbələr fonunda vacib əhəmiyyət kəsb edir.

Öz növbəsində, İran Silahlı Qüvvələrinin qərargah rəisi Məhəmməd Bageri bəyan edib ki, ABŞ-ın öz qüvvələrini regiondan çıxarmağının vaxtı çatıb və vurğulayıb ki, ABŞ-ın istənilən yeni addımına İran tərəfindən daha sərt cavab veriləcək.

M.Bageri ABŞ rəsmilərinə xəbərdarlıq edib ki, gecə baş vermiş hadisə İranın Qasım Süleymaninin öldürülməsinə reaksiyasının yalnız bir hissəsidir.

CNN telekanalı bildirib ki, İran tərəfindən buraxılan raketlər Eynül-Əsəd bazasının amerikalı hərbçilər olmayan hissəsinə düşüb. Bunu ziyanın dəyərləndirilməsi bağlı aparılann ilkin araşdırmalar təsdiq edib. Bununla belə, tam araşdırma yalnız gün ərzində aparmaq mümkün olacaq.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  İran raketlərlə ABŞ obyektlərinə hücum edib Regionda vəziyyətin eskalasiyası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ