Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəqədidə evdən pul və zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Binəqədidə evdən pul və zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Tarix: 8 Yanvar 2020 14:36

Bakı. Trend:

Evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 7500 manat və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Binəqədidə evdən zinət əşyaları oğurlayan şəxs saxlanıldı


RƏYLƏR