Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 16:02
Bakı. Elçin Mehdiyev – Trend:
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı 01.01.2020-ci il tarixə olan statistik məlumatları açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3889 nəfər təşkil edir. Onlardan 3622 nəfəri kişilər, 267 nəfəri isə qadınlardır.
İtkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı isə 719 nəfər (uşaq - 71 nəfər, qadın - 267 nəfər, qoca - 326 nəfər) təşkil edib.
Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərin sayı isə 871 nəfər olub. Onlardan 773 nəfəri kişilər, 98 nəfəri isə qadınlardır. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini mülki şəxslər (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər) təşkil edib.
Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı isə 1480 nəfər olub. Onlardan 1123 nəfəri kişilər, 357 nəfəri isə qadınlar olub.
Əsir və girovluqdan azad edilmiş şəxslərin 378 nəfəri hərbçilər, 1102 nəfəri mülki şəxslər (uşaq - 224 nəfər, qadın - 357 nəfər, qoca - 225 nəfər) olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin