Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahovdan deputatlığa namizədlərə tövsiyə

Məzahir Pənahovdan deputatlığa namizədlərə tövsiyə

Tarix: 8 Yanvar 2020 17:24

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədliyin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddətinin bitməsinə az vaxt qalıb: “Biz arzu edirik ki bütün namizədlər imza vərəqələrin vaxtında dairə seçki komissiyalarına geri qaytarsınlar. Artıq sənədlərin təqdim edilməsi üçün iki gün vaxt qalıb. Yanvarın 10-u saat 18:00-da imza vərəqələrinin dairə seçki komissiyalarına geri qaytarılması vaxtı bitir. Bundan sonra isə yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək”.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib. Onlardan 2149 nəfəri imza vərəqələrin artıq götürüb. 1041 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məzahir Pənahovdan deputatlığa namizədlərə tövsiyə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR