Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müşahidə Şurası Bordinə və futbolçulara irad bildirdi

Müşahidə Şurası Bordinə və futbolçulara irad bildirdi

Tarix: 8 Yanvar 2020 18:00

Bu gün “Neftçi” Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

İclasda əsas komandanın 2019/2020-ci illər mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub. Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə Azərbaycan kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.

Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.


 


Etiketlər:  Müşahidə Şurası Bordinə futbolçulara irad bildirdi


RƏYLƏR