Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 18:16
Bakı. Trend:
"Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan sabiq klubuna qayıdıb.
Trend-in məlumatına görə, 50 yaşlı sabiq qapıçı Münhen təmsilçisinin idarə heyətinə üzv təyin edilib. O, qarşıdakı iki il ərzində idarə heyətinin sədri Karl-Hayns Rummeniggeyə kömək edəcək. Gələn il dekabrın 31-də Rummeniggenin müqavilə müddəti başa çatdıqdan sonra isə məhz Kan İdarə Heyətinin sədri olacaq.
Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"da oynayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin