Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 23:16
İsveçə məxsus mebel firması İKEA, Kaliforniya əyalətində üzərinə çəkməcə düşən uşağın ailəsində 46 milyon dollar təzminat ödəyəcək.
Sonxeber.net xəbər verir ki, Cozef adlı 2 yaşlı uşaq 2017-ci ilin may ayında evdə oynayarkən çəkməcənin altında qalaraq dünyasını dəyişib. 32 kilo ağırlığı olan həmin mebel daha əvvəl üç uşağın ölümünə səbəb olduğu üçün firma tərəfindən geri çağırılıb. Uşağın valideynləri məhkəməyə müraciət edərək ''İki yaşındakı bir uşağın 76 santimetrlik mebeli aşırda biləcəyini və öləcəyini ağlımıza gətirməzdik. Sonra öyrəndik ki, həmin çəkməcə yanlış dizayn olunub.
"Yaşadığımız hadisəni ona görə danışırıq ki, istəmirik digər ailələr də bizim kimi bədbəxt olsunlar'', - deyə ailə bidirib.
Uşaqlarını bədbəxt hadisə nəticəsində itirən cütlük İKEA firmasından 46 milyon dollar təzminat alacaq. Lakin onlar həmin təzminatın 1 milyon dollarını uşaqları qoruyan dərnəyə bağışlayacaqlarını bildiriblər. (ölkə.az)