Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 09:15
Bakı. Trend:
Rusiyanın Cənubi Kuril adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İturup adasından 140 kilometr cənubda, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Şıkotan adasında yerləşən yaşayış məntəqəsinin sakinləri zəlzələni 3 bala qədər hiss edib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin