Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ vətəndaşları saxta SMS-lə təcili orduya çağırıldılar: “İrana gedirsiniz!”

ABŞ vətəndaşları saxta SMS-lə təcili orduya çağırıldılar: “İrana gedirsiniz!”

Tarix: 9 Yanvar 2020 20:30

ABŞ vətəndaşları orduya təcili çağırıldıqları barədə SMS-lər almağa başlayıblar. İsmarıcları göndərənlər vətəndaşlardan İrana göndərilmələri üçün təcili şəkildə ən yaxın çağırış məntəqələrinə getmələrini tələb ediblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq ABŞ Ordusunun nümayəndəsi bəyanatla çıxış edərək, bu təxribatların saxta olduğuna dair bir açıqlama yayıb.

Qeyd edək ki, ABŞ-da orduya icbari çağrılma haqqında qanun layihəsi 1973-cü ildə Vyetnam müharibəsindən sonra ləğv edilib. Səfərbərlik qərarı ABŞ Konqresi tərəfindən qəbul edilməli və sonra prezident tərəfindən təsdiqlənməlidir.

Saxta çağırışlar ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda başlayıb.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Buna cavab olaraq Tehran yanvarın 8-nə keçən gecə İraqdakı ABŞ bazalarına raket zərbəsi endirib.


Etiketlər:  ABŞ vətəndaşları saxta təcili orduya çağırıldılar İrana gedirsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ