Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə smartfonlar necə olsun?

2020-ci ildə smartfonlar necə olsun?

Tarix: 9 Yanvar 2020 21:12

Ötən 2019-cu il smartfonlar baxımından son dərəcə maraqlı oldu. Bu il ərzində qatlanabilən ekranlı ilk qurğular satışa çıxarıldı, 108 meqapiksellik kameralar və teleskopik linzalar olan modellər ortaya çıxdı və 5G dəstəyi olan qurğular kütləvi istehsal olunmağa başladı. Görünür, bu tendensiyalar 2020-ci ildə də davam edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, ancaq istehsalçılar artıq yoxa çıxan kamera kimi yeni texnologiyalarla maraqlanırlar. Bəs istifadəçilər 2020-ci ildə smartfonlardan nə gözləyirlər?

"Düymələri" və "deşikləri" olmadan tamamilə çərçivəsiz ekranlar;
Qatlanabilən ekranlı daha münasib qiymətli modellər;
İstehsalatın artması;
Avtonomluğun inkişaf etdirilməsi;
Orta büdcəli telefonlarda daha yaxşı kameralar;
Dizaynda rəngarənglik.
 

Beləliklə, göründüyü kimi sorğuda müxtəlif insanların müxtəlif fikirləri əks olunub. Bundan sonrası istehsalçıların boynunda qalır. Görək, 2020-ci ildə istehsalçılar istifadəçilərin tələblərinə cavab verə biləcəklərmi? Siz də şərhlərdə bizə öz fikrinizi bildirin. Siz bu il yeni smartfonlardan ən çox nəyi gözləyirsiniz?

Milli.Az


Etiketlər:  2020 ildə smartfonlar necə olsun


RƏYLƏR