Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OnePlus Concept One smartfonu unikal kameraya sahib oldu

OnePlus Concept One smartfonu unikal kameraya sahib oldu

Tarix: 9 Yanvar 2020 21:16

"OnePlus" şirkəti "OnePlus Concept One" adlı yeni konseptual smartfonu təqdim etməyə hazırdır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, cihazın premyerası gələn ay Las-Veqasda, "CES 2020" sərgisi çərçivəsində keçiriləcək.

Yeniliyin əsas xüsusiyyəti unikal arxa kameradır. Onun optik modulları çəkiliş aparılmadığı zaman görünməz halda olur. Korpusun arxa paneli sanki çoxkomponentli kameranın "gözlüklərindən" məhrumdur.

Kameranın modullarının görünməyən vəziyyətinə elektroxrom şüşə hesabına nail olmaq mümkün olub. Əsas sensor 48 meqapiksel alıb, həmçinin 16 və 8 meqapikseldə iki modul nəzərdə tutulub.

Smartfonun qalan xüsusiyyətləri hələ ki, gizli saxlanılır.


Etiketlər:  OnePlus Concept smartfonu unikal kameraya sahib oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ