Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Humanoid robotların satışına başlanıldı

Humanoid robotların satışına başlanıldı

Tarix: 9 Yanvar 2020 22:16

"Agility Robotics" şirkəti "Digit" markalı humanoid (insanabənzər) robotların satışına başlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, istehsal olunan robotların ilk 2 seriyası "Ford" şirkəti tərəfindən alınıb.

Bu haqda "Ford" şirkəti məlumat yayıb. Şirkət bu robotları malların avtomatlaşdırılmış şəkildə çatdırılması üçün tədqiqat layihələrində istifadə etməyi planlaşdırır.

"Digit" robotları "Agility Robotics" şirkətinin "Cassie" adlı ilk robotu əsasında hazırlanıb. 2019-cu ilin əvvəlində təqdim edilən yeni insanabənzər robot iki ayaq, iki qol və bədəndən ibarət olaraq klassik dizayna sahibdir. Başın əvəzinə ətrafındakı maneələri izləməyə və bədəndə quraşdırılmış stereo-kameraları tamamlamağa imkan verən xüsusi LİDAR (Laser Imaging Detection and Ranging) var.

2019-cu il ərzində tərtibatçılar robotun yeni prototiplərini yaratdılar və yeni bacarıqlarını nümayiş etdirdilər.
İlk 2 seriyalı "Digit"in alıcısı olan "Ford" əvvəllər də bu fürsətdən istifadə edərək malların pilotsuz çatdırılma layihəsində istifadə edib.

"Agility Robotics" robotun qiymətini açıqlamır, lakin şirkətdən "The Verge" nəşrinə verilən açıqlamada robotun satış qiyməti altı sıfırlı dollarla ifadə olunub. Bundan başqa, şirkətin hesablamalarına görə, robotun istismar müddətinə uyğun  təqribi dəyəri saatda 25 dollar olaraq qiymətləndirilib.


Etiketlər:  Humanoid robotların satışına başlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ